0
Sunday 24 February 2013 - 21:39

"Patriot" raketlərinə 8.5 milyon dollar

Story Code : 242328
"Patriot" raketlərinə 8.5 milyon dollar
Suriya raketlərindən qorunmaq bəhanəsi ilə NATO-dan sifariş etdiyi "Patriot" zenit-raket kompleksi Türkiyəyə 15 milyon türk lirəsinə (8.5 milyon ABŞ dolları) başa gələcək. Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.
 
Qeyd edək ki, Türkiyə ötən ilin noyabr ayında Suriya tərəfindən ola biləcək hər hansı hücumdan müdafiə olunmaq bəhanəsi ilə "Patriot" zenit-raket kompleksinin alınması üçün NATO-ya müraciət edib. NATO Şurası isə müsbət qərar verib. Türkiyəyə "Patriot" zenit-raket kompleksinin verilməsinə isə hərəsinə 2 raket kompleksi olmaqla, ABŞ, Niderland və Almaniya razılıq veriblər. Niderlanddan daxil olan raketlər Adana, alman raketləri Kahramanmaraşda və ABŞ-ın kompleksləri Qaziantep şəhərlərində quraşdırılıb.
 
Nazirin sözlərinə görə, Adana və Kahramanmaraşda raketlərin yerləşdirilməsini Almaniyanın və Niderlandın müdafiə nazirlərilə müzakirə ediblər.
Source : XezerXeber
Comment