QR CodeQR Code

Türkiyədə 12 milyon insan öz imzaları ilə hicab qadağasına yox deyib

Islamtimes , 25 Feb 2013 01:55

İslamtimes - 12 milyondan çox Türk vətəndaşı Ankara hökuməti tərəfindən ictiami yerlərdə hicab geyinilməsinə qadağa qoyan qanunun aradan qaldırılmasını tələb edən ərizəni imzalayıb.


islamtimes.org/az/- Dövlət Qulluqçularının Həmkarlar İttifaqının sədri olan Əhməd Gündoğdu deyib ki, ittifaq hicab qadağasının aradan qaldırılması üçün 12.3 milyon imza toplayıb.

Gündoğdu deyib: “Biz qeyri normal dövlət təfəkkürü tərəfindən hazırlanmış formaları geyinmək istəmirik və biz bunu geyinməyəcəyik.”

O əlavə edərək deyib: “Biz 12.3 milyon insanın baş örtüyünə qoyulan qadağanı aradan qaldırması tələb edən imzalarını baş nazirin ofisinə təqdim edəcəyik. Bundan sonra bütün məsuliyyət hökumət və Türkiyə parlamentinin üzərinə düşür.”

“İctimai yerlərdə azad geyim seçimi” adlı kompaniya qadağanın aradan qladırılması üçün 10 milyon insanın imzasını toplamağı hədəfə almışdır.

Bundan başqa hicaba qoyulan qadağanın aradan qaldırılması üçün Türkiyə demək olar ki, bütün ərazilərində müxtəlif etiraz nümayişləri təşkil edilib.

Hökumətin hicaba qoyduğu qadağa 90% əhalisi müəslmanlardan ibarət olan Türkiyə xalqını qəzəbləndirib.

Bu qadağa Türkiyə vətəndaşları arasında etiraza səbəb olmuşdur və xalqın əksəriyyəti hesab edir ki, bu din azadlığının pozulmasıdır.

Türkiyə hökuməti həmçinin məktəbli qızların da hicab geyinməsini qadağan edən qanun imzalayıb.


Story Code: 242359

News Link :
https://www.islamtimes.org/az/news/242359/türkiyədə-12-milyon-insan-öz-imzaları-ilə-hicab-qadağasına-yox-deyib

Islam Times
  https://www.islamtimes.org