0
Thursday 22 April 2010 - 20:41
Peyğəmbər Əzəm 5" manevri :

"Peyğəmbər Əzəm 5" manevri uğurla həyata keçib

Story Code : 24241
"Peyğəmbər Əzəm 5" manevri uğurla həyata keçib
Bu gün Fars Körfəzi sularında müxtəlif növlü hərbi və zirehli gəmilərin iştirakı və kombinasiyası ilə "Peyğəmbər Əzəm 5" manevri tam uğurla həyata keçirilib.
Bu manevr İslam İnqilabının Pasdarlar Korpusunun dəniz qüvvələri komandolarının 313 zirehli gəmi, raket atıcı gəminin iştirakından ibarət idi. həmçinin bu manevrdə fərz olunmuş düşmənin yerinin müəyyənləşdirilib hərbi gəmilərinin məhv edilməsi Peyğəmbər Əzəm 5" manevrinin ilkin məşqlərini təşkil edirdi.
Həmçinin bu gün İranın İslami İnqilabı Pasdarlar Korpusunun dəniz qüvvələri "Ya Mehdi" adlı tam modern və misli görünməmiş hərbi gəmisini tam uğurla hərbi əməliyyat səviyyəsinə çatdırıb. Çox sürətli və modern "Ya Mehdi" hərbi gəmisi özünəməxsus texnologiyadan istifadə olunmaqla ağıl qabiliyyətinə malikdir. Belə ki, "Ya Mehdi" gəmisi düşmən radarlarında həssaslıq yaratmadan yad gəmilərə tərəf hücum edir, qüdrətli dağıdıcılıq qabiliyyəti ilə onları məhv edir. Peyğəmbər Əzəm 5" manevri 3 gün müddətində və 4 etapla keçirilməkdədir.
Source : IRIB
Comment