0
Tuesday 26 February 2013 - 12:34

Merkeldən maraqlı açıqlama

Story Code : 242609
Merkeldən maraqlı açıqlama
Merkel Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqları davam etdirmək istəyir
Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə üzv olacağına şübhə etsə də, bu məsələ ilə bağlı danışıqların davam etdirilməsini istəyir. Bu barədə APA Anadolu agentliyinə istinadən məlumat verir.
 
"Biz nəticələri açıq olan danışıqlar aparırıq. Bu məsələ ilə bağlı Avropa Birliyində razılaşma əldə olunub. Mən dəfələrlə demişəm ki, Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzvlüyünə şübhələrim var. Lakin mən bu prosesi davam etdirmək istəyirəm», deyə Türkiyədə səfərdə olan Merkel Anadolu agentlinə bildirib.
 
Almaniya kansleri qeyd edib ki, Ankara protokolunun (2005-ci ildə Türkiyə tərəfindən imzalanıb və Kipr Respublikası üçün Türkiyə limanlarının açılmasını nəzərdə tutur) həyata keçirilməsinə doğru hərəkət etmək lazımdır. Onun sözlərinə görə, bu halda «irəliyə getmək mümkün olacaq».
Comment