QR CodeQR Code

“Şeytanın elçisi” Ələsgər Musayev kimdir?

Islamtimes , 26 Feb 2013 15:10

İslamtimes - Özünü “peyğımbər” elan etmiş bu şəxsə inanmayaq .


islamtimes.org/az/ - Rəhmətlik İmam Xomeyninin bir kəlamı ilə başlamaq istəyirəm məqaləmi. Rəhmətlik İmam buyurmuşdur: “Biz namazı əli açıq və ya əli bağlı şəkildə qılmağımızın mübahisəsini etdiyimiz zaman, İslamın düşmənləri bu əli necə kəsəcəkləri haqda düşündülər”
Bəli doğurdan da çox möhtəşəm bir kəlamdır və bu kəlamın sahibi yalnız o şəxsiyyət kimi bir insan ola bilərdi.

Bu gün Amerika, İngiltərə, İsrail və bu kimi tağut rejimlər daim çalışırlar ki, müsəlmanlar arasıdna ayrıseçkilik, ixtilaf toxumu səpsinlər İslam birliyini dağıtsınlar. Onların bu fəaliyyəti uzun illər boyu davam etmıkdədir.

Qeyd etmək lazımdır ki, tairxən İslam dininə sadiq qalan əhalinin toplaşdığı yerlərdən biri də Azərbaycan torpağıdır. Tairxən Azərbaycan öz ata- baba dini olan haqq dini İslama sadiq qalmış, İslamın qorunması naminə öz canından belə keçmişlər. Bu qısa yazmda tarixi faktalara toxunsam yəqinki, uzunçuluq etmiş olaram.

Sionist İsrail rejiminin bir çox müsəlman ölkələrində parçalamaq siyasətini həyata keçirən casusları olduğu bütün dünyaya məlumdur. Sionist rejim müsəlman xalqın inancına zərbə endirmək məqsədi ilə elə o xalqların öz içindən ağıldan kəm olan insanları axtarıb tapır, bu insanları külli miqdarda maddi vəsaitlə ələ alaraq onlara xüsusi tapşırıqları həyata keçirməyi tapşırır.

Bu tapşırıqların ilikn məqsədi də müsəlman əhali içərisində ixtilaf yaratnmaq, onların dini insancına zərbə endirmək, bununla da İslam dünyasında yeni bir parçalanmanı həyata keçirməkdir.

Yuxarıda vurğuladığımız kimi belə məmləkətlərdən biri də Azərbaycan torpağıdır.
Hörmətli oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərində özünü “Peyğəmbər” adlandıran Ələsgər Musayev adlı saxtakar insan da İslam düşmənlərinin İslam dünyasına vurduğu növbəti zərbələrdəndir. Ələsgər Musayev adlı bu şəxs xarici islam düşmənlərinin maddi yardımı ilə Azərbaycanda öz ətrafına xeyli sayda insan toplayaraq öz mənfur niyyətini həyata keçirməkdədir.

Çox təssüf olsun ki, hal-hazırda Azərbaycan dövləti tərəfindən bu şəxsin fəaliyyətinə heç bir maneə tətbiq olunmur.
Qısa arayış olaraq bildirək ki, İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qadiyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, “Qurani-Kərim”ə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb.

Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. O, hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb.

İbrahimilər (sonralar Ələsgər Musyevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.

Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.

Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən “Şeyx Nizaməddin” məscidini seçiblər.

Təriqətin əsas dini kitabı Ə.Musayevin tərsə-mayallaq şəkildə Azərbaycan dilinə tərcümə etdiyi “Quran”dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər şeytanı mələk adlandırır, ona lənət etməyi isə günah sayırlar. Bu səbədən “rəcim” kəliməsini “müraciət olunmuş” şəkildə tərcümə edirlər.

İbrahimilər 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualını həyata keçirirlər.

Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun “kəbinli arvad” adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.

Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar.
Ümid edirik ki, öz inancına həmişə sadiq qalmış azərbaycanlı qardaş və bacılarımız bu fasiqin hiyləsinə aldanmayacaq, daim Şeytanın elçilərinə qarşı mübarizə aparacaqlar.


Story Code: 242653

News Link :
https://www.islamtimes.org/az/news/242653/şeytanın-elçisi-ələsgər-musayev-kimdir

Islam Times
  https://www.islamtimes.org