QR CodeQR Code

Siyasi analitik: Qərbin İranın nüvə proqramı haqqında ittihamları yalandır

Islamtimes , 26 Feb 2013 15:46

İslamtimes - Siyasi analitik deyib ki, ABŞ-da daxil olmaqla Qərbin İran nüvə enerji proqramı haqqında olan ittihamları yalan təbliğatdan başqa bir şey deyil.


islamtimes.org/az/ - Press TV-yə müsahibə verən siyasi şərhçi Tighe Barry deyib: “Bu ittihamlar İrana qarşı başladılmış yalan təbliğatın tərkib hissəsidir, əvvəllərdə bu təbliğat İraqa qarşı tətbiq edilmişdir. Biz hökumət özünü düşmən bildiyi hər kəsə qarşı bu cür yalan ittihamlar irəli sürürlər.”

İran nüvə enerji proqramının hərbi məqsədlər üçün istifadə edilməsi haqqında heç bir sübut tapamyan Beynəlxalq Atom Enerjisi Agentlyinin yenicə dərc edilmiş hesabatına toxunan Barry deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi hesab edir ki, əgər sakit və yalan təbliğat ittihamları olmasa bu zaman İran nüvə problemini dinc yolla həll etmək olar.

İran və 5+1 dövlətləri – Britaniya, Çin, Fransa, Rusiya və ABŞ, bir də Almaniya arasında danışıqların növbəti mərhələsinin 26 fevralda Qazaxstanda keçirilməsinə razılıq veriblər.

Qazaxstanda keçiriləcək danışıqlara toxunan Berry deyib: “Mən istərdim ki. ABŞ Qazaxstanda keçirilən görüşə gedərək deyərdi ki, biz bütün nüvə silahlarımızı məhv edirik.”
ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı dəflərlər nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər. Tehran isə bu ittihamları rədd etmiş və bildirmişdir ki, bir sıra beynəlxalq təşkilatların üzvü olaraq nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.


Story Code: 242675

News Link :
https://www.islamtimes.org/az/news/242675/siyasi-analitik-qərbin-iranın-nüvə-proqramı-haqqında-ittihamları-yalandır

Islam Times
  https://www.islamtimes.org