0
Wednesday 27 February 2013 - 00:38

Gəncədə Stalin rejimi höküm sürür

Story Code : 242767
Gəncədə Stalin rejimi höküm sürür
Gəncədə Stalin rejimi höküm sürür
Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişindən sonra Gəncə Dövlət Universitetinin (GDU) işdən azad olunmaq üçün məcburi qaydada ərizə yazan prorektor, şöbə müdiri, dekanların siyahısını əldə etmişik. Məlumatı verən mənbə dedi ki, prezidentin müşavirəsindən sonra barəsində müxtəlif məlumatlar yayılan icra başçısı universitetin kollektivinin “zəhmətkeş məktubları” yazmasına göstəriş versə də, istəyinə nail ola bilməyib. Odur ki, onlara işdən çıxmaları barədə ərizə yazmağı tapşırıb. Məlumata görə, icra başçısının sifarişlərini onun müavini Nizami Hacıyev kollektivə çatdırıb və tapşırığı “yüksək səviyyədə” icra edib.

Prezidentin məlum müşavirəsindən bir neçə gün sonra, 19 fevralda işdən azad olunmaq üçün ərizə yazan şəxslərin siyahısını təqdim edirik:

1. GDU-nun ümumi məsələlər üzrə prorektoru Məmməd Nuriyev;

2. Tədris hissə üzrə prorektor, professor Yusif Yusifov;

3. Tərbiyə işləri üzrə prorektor, dosent Asif Cavadov;

4. Təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Əsədov;

5. GDU-da Həmkarlar İttifaqının sədri Rüstəm Bağırov

6. Tədris şöbə müdiri Mübariz Əliyev;

7. Dəftərxana müdiri Elmira Kərimova;

8. Kadrlar şöbəsinin müdiri Gülçöhrə Tağıyeva.

Mənbəmiz deyir ki, Gəncədəki repressiyaların yaxın günlərdə Texnologiya və Aqrar universitetlərini də əhatə

edəcəyi barədə xəbərlər var: “Gəncədə elə bil ki, Stalin rejimi hökm sürür, hətta işdən azad olunmaqla bağlı ərizə yazan şəxslər qorxudan bunu ictimailəşdirə bilmir”, - deyə, mənbə bildirir.

Maraqlısı budur ki, prorektorlar yalnız təhsil nazirinin əmri ilə işdən azad olunmalı olduğu halda, icra başçısı nazirin də səlahiyyətlərinə müdaxilə edib. Şöbə müdirlərinin əmrini isə yalnız rektor verə bilər. Lakin icra başçısının tapşırıqlarını sözsüz icra edən universitet rektoru işçilərin ərizələrini alıb ki, “siz işdən azadsınız, mən yeni komanda yığıram”.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

M.MEHDİ
Source : Musavat
Comment