0
Wednesday 27 February 2013 - 15:56

Avropa Birliyi üzv dövlətləri İsrail məskunlaşma planını dəstəkləməməyə çağırıb

Story Code : 242913
Avropa Birliyi üzv dövlətləri İsrail məskunlaşma planını dəstəkləməməyə çağırıb
Avropa Birliyi üzv dövlətləri İsrail məskunlaşma planını dəstəkləməməyə çağırıb
Islam times.org/az/ - Avropa Birliyinin Qüds və Ramallahdakı missiya rəhbəri çərşənbə günü hesabat hazırlayaraq deyib ki, İsraili rejiminin məskunlaşma siyasəti məqsədyönlü şəkildə dağıdıcı və təhrik edici xarakter daşıyır.

Hesabatda deyilir: “Tədqiqat, təhsil və texnoloji əməkdaşlıqlar da daxil olmaqla Avropa Birliyi proqramlarından bu siyasəti dəstəkləmək üçün istifadə edilməməsi tələb edilir.”

2012-ci il 29 noyabrda Fələstinin BMT tərəfindən qeyri üzv müşahidəçi dövlət kimi tanındıqdan sonra Tel Əviv rejimi qeyri qanuni məskunlaşmanı genişləndirməyi planlaşdırdı.

İsrail rejimi beynəlxalq ictimaiyyətin narazılıqlarına baxmayaraq Şərqi Qüdsdə qeyri qanuni olaraq 5000 yeni məskunlaşma ərazisi salmağı planlaşdırır.

Yarım milyondan artıq israilli 1967-ci ildə İsrailin işğal etdiyi Qərb Sahili və Şərqi Qüdsdə qeyri qanuni məskunlaşaraq yaşayır.

Yanvar ayında BMT İsrailə səslənərək məskunlaşma planından əl çəkməsini tələb edib və bildirib ki, bu hərəkət Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi ilə ziddir.
Source : Islamtimes
Comment