QR CodeQR Code

Tomas de Mezyerdən maraqlı açıqlama

27 Feb 2013 19:25

IslamTimes - Almaniya müdafiə naziri Tomas de Mezyer deyib: "İsraili müdafiə etmək Səudiyyə Ərəbistanında insan haqqlarının müdafiəsindən daha önəmlidir."


"IslamTimes" xəbər verir ki, Almaniyanın müdafiə naziri Tomas de Mezyer bildirib ki, Fars körfəzi ölkələri və Səudiyyə Ərəbistanına silah satışı İsraili müdafiə məqsədi ilə həyata keçirilir. Nazir iddia edir ki, İran İslam Respublikası bu dövlətlər üçün böyük bir təhlükədir. Son dövrdə Almaniyanın uyğun ölkələrə silah satışının 9 dəfə artdığı bildirilir. 
 
De Mezyer ötən gün Berlində keçirilən bir iclas əsnasında Fars körfəzi ölkələri və Səudiyyə Ərəbistanına silah satılmasını dəstəkləyərək deyib: "İsraili İrandan gözlənilən təhlükələrdən qorumaq Səudiyyə Ərəbistanında insan haqqları mövzusundan daha önəmlidir."

Xatırladaq ki, bir çox ekspertlər Almaniya və bir neçə digər ölkənin İranın məntəqədə böyük bir təhlükə olduğunu bildirməklə əslində öz silah ticarətlərinin həcmini artırmağa çalışdığını söyləyir.


Story Code: 242970

News Link :
https://www.islamtimes.org/az/news/242970/tomas-de-mezyerdən-maraqlı-açıqlama

Islam Times
  https://www.islamtimes.org