Suriyanın bölünməsi planı İsrailin fitnəkarlığıdır
Story Code : 243052
"IslamTimes" "Al-Mənar" televiziya şəbəkəsinə istinadən xəbər verir ki, Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah deyib: "Biz Suriyanın bölünməsi təklifi ilə razılaşmırıq. Çünki bu işğalçı İsrail tərəfindən hazırlanmış növbəti fitnəkarlıqdır."
Hizbullah lideri sözlərinin davamında Livan daxilində baş verən hadisələrə işarə ilə deyib: "Bütün livanlılar ölkədə baş verən insan oğurluğuna qarşı əl-ələ verməlidir.
Nazirlər Kabinetindən istəyirik ki, əmək haqqları və maaşlar barədə müzakirələr üçün fövqəladə iclas təşkil edilsin."
Seyyid Həsən Nəsrullah uyğun iclasın əvvəlində Hizbullahla bağlı son iftiraları da cavablandırmaq niyyətində olduğunu bildirib.