0
Thursday 28 February 2013 - 23:16

Senator Vaşinqtondan suriyalı üsyançılara daha çox silah-sursat verilməsini tələb edib

Story Code : 243215
Senator Vaşinqtondan suriyalı üsyançılara daha çox silah-sursat verilməsini tələb edib
Senator Vaşinqtondan suriyalı üsyançılara daha çox silah-sursat verilməsini tələb edib
Islam times.org/az/ - Respublikaçı senator deyib: “Müxaliftəin halhazırda ən çox ehtiyac duyduğu vasitə silah-sursatdır.”

Rubio əlavə edərək deyib: “Mən fikirləşirəm ki, Suriya daxilindəki müxalif üsyançılara silah-sursat vermək bizim atmalı olduğumuz növbəti addımdır və mən bu təklifi müdafiə edəcəm.”


Rubio qeyd edərək bildirib ki, Əsəddən sonra Suiryada hakimlik edəcək qrupların razılıqlarını qazanmaq ABŞ-ın milli təhlükəsizlik maraqları çərçivəsindədir.

Senator deyib: “Biz müxalif qruplar içərisində milli maraqlarımız daha yaxın olan qrupları yaxşı şəkildə təchiz etməli və təşkilatlandırmalıyıq, nəinki bu məsələdə yer alan digər arzu olunmaz qrupları. ”

O sözünə davam edərək deyib: “Biz Əsəd rejimindən sonra Suiryada ən güclü olanların bizə daha çox itaət edənlərin və bizim marqlarımız çərçivəsində fəaliyyət göstərənlərin olacağını nümayiş etdirməliyik. ”

Rubio bu açıqlamasını İsrail, işğal edilmiş Qərb Sahili və İordaniyaya səfərindən qayıtdıqdan bir neçə gün sonra etmişdir.

Suriya mövcud olan münaqişə 2011-ci ilin mart ayından bəri davam etməkdədir. Ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla münaqişə nəticəsində xeyli insan həlak olub.

Suirya hökuməti ölkədə mövcud olan münaqişənin xaricdən qızışdırıldığını demiş və bildirmişdir ki, mövcud olan sübutlara əsasən hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment