QR CodeQR Code

“Dövlətlər Suriyada münaqişə tərəflərinə hərbi dəstək göstərməkdən çəkinməlidir"

1 Mar 2013 09:14

IslamTimes - Birləşmiş Millətlər Təşkilatı dövlətlərə Suriyada münaqişə tərəflərinə hərbi dəstək göstərməkdən yayınmağı tövsiyə edir.


Əks halda bu cür yardımlar Suriyadakı yaranmış ağır vəziyyəti daha da gərginləşdirəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibin rəsmi nümayəndəsinin müavini Eduardo Del Buey ABŞ və Avropa Birliyinin Suriya müxalifətinə əlavə yardım göstərilməsi ilə baölı planlarını şərh edərkən bəyan edib.  

“Baş katib hesab edir ki, Suriya münaqişəsində tərəflərin silahlanmasına yönəlmiş hər-hansı cəhd fayda verməyəcək. Hərbi vasitələr uğur gətirməyəcək – bunun üçün yalnız danışıqlar gərəkdir. Baş katibin bu məsələdə mövqeyi iki il ərzində dəyişməyib”, deyə Eduardo Del Buey qeyd edib.


Story Code: 243280

News Link :
https://www.islamtimes.org/az/news/243280/dövlətlər-suriyada-münaqişə-tərəflərinə-hərbi-dəstək-göstərməkdən-çəkinməlidir

Islam Times
  https://www.islamtimes.org