0
Friday 1 March 2013 - 15:38

Dindar həbsi davam edir

Hakimiyyət ümumiyyətlə bu ölkədə dindar görmək istəmir
Story Code : 243333
Dindar həbsi davam edir
Dindar həbsi davam edir
Islam times.org/az/ - Ötən gün sosail şəbəkələrdə və mətbuatda yayılan bir məlumat, əliyev rejiminin iç üzünü bir daha ortaya qoydu, Xocalı qətlamının 21-ci il dönümünü qeyd etmək istəyən, Müsavat partiyasının Lənkəran rayon təşkilatına hakimiyyət əcaib bir tərzdə mane olub.

Müsavatçılar şəhərdəki çayxanaların birində yığışıb tədbir keçirmək niyyətindən olduğunu bilən polis rəisi çayxana sahibinə necə bir komanda veribsə, tədbirin keçirilməsinə yer verməkdən sahibkar imtina edib. Onu da deyim ki, bir neçə həftə bundan əvvəl partiyanın Lənkəran şöbəsinin qapısını hakimiyyət kərpiclə hörmüşdü və lənkəran müsavatçıları indi yersiz qalıblar.

Deməli hakimiyyət hətta Xocalı anım mərasimini də keçirməyə imkan vermir əgər belə bir təşəbbüs hakimiyyətin özündən gəlmirsə. Ancaq sonrakı hadisə bundan da maraqlı olub, müsavatçılar və bir neçə rayon dindarları Xocalı abidəsini ziyarət edən zaman polis Elman, Ramin və İlqar adlı dindarları həbs edib.

Təsəvvür edirsinzimi nə baş verir? Deyəcəksiniz ki, 3 il bundan əvvəl də bir qrup dindar, Peyğəmbərin (s) adı günündə Bakıdakı şəhidlər xiyabanına gedərək “Ya Rəsul Allah” dedikləri üçün 9 il həbsə atılıblarsa burda nə var ki? Ancaq fərq var və mən onu sizə deyim.

Məsələ burasındadır ki, əliyev rejimi İslam, Allah və Onun Rəsulu da düşmən kimidir, ona görə dinlə bağlı olan şeylərə də düşmən münasibəi göstərir, ancaq axı gecə gündüz hakimiyyət özü hamını Xocalı soyqrımına qarşı təbliğat aparmağa, erməni vəhşiliklərini dünyaya çatdırmağa çağırır. Indi necə olur ki, müsavatçıların Xocalı tədbirinin qarşısını alır, ancaq Xocalı abidəsinə ziyarətə gələn dindarları isə həbs edir?

Yəni dindarlara heç olmasa Xocalını anmağa da rəvac bilmir. Bəlkə, elə bir az əvvəl də yazıdığım kimi məsələnin Xocalı ilə bir əlaqəsi yoxdur, sadəcə olaraq dindarları həbs etmək üçün hakimiyyətə bir yeni bəhanə lazım idi Ancaq bu hərəkət bəhanəni də keçib, bu artıq başqa məsələdir. Bu o deməkdir ki, hakimiyyət ümumiyyətlə bu ölkədə dindar görmək istəmir və yəqin bu gedişlə istədiyinə nail olacq.
Source : Islamtimes
Comment