QR CodeQR Code

İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai :

Böyük Rəhbərin müraciəti BMT-nin TŞ sənədi kimi qeydə alınıb

IRIB , 24 Apr 2010 13:29

İslam İnqilabının Böyük Rəhbərinin Tehran nüvə tərksilahı konfransına göndərdikləri müraciətləri, Birləşmiş Millətlər Təşkilatı habelə bu qurumun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydiyyatan keçib.
İRNA Xəbər Agentliyini bu haqda məlumat verib.


İslam İnqilabının Böyük Rəhbərinin Tehran nüvə tərksilahı konfransına göndərdikləri müraciətləri, Birləşmiş Millətlər Təşkilatı habelə bu qurumun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydiyyatan keçib.
İRNA Xəbər Agentliyini bu haqda məlumat verib. Məlumata əsasən, İİR-nin BMT-dəki nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri, BMT-nin baş katibi və bu qurumun baş assambleyası sədrinə məktub göndərib, Tehran tərksilah konfransının keçirilməsi və bu konfransın hədəfləri haqda ona rəsmi məlumat verərək İslam İnqilabı Böyük Rəhbərinin bu konfransa olan müraciətlərinin tam mətnini onların, habelə BMT-nin TŞ-nın bütün üzvlərinə və bu qurumun daimi nümayəndəliklərinin ixtiyarına verdi.
İranlı rəsmi İslam İnqilabının Böyük Rəhbərinin tərksilah konfransına olan müraciətlərinin mətninin BMT-nin rəsmi sənədi kimi qeydiyyata keçməsini istədi ki, bu müraciətin tam mətni dərhal BMT-nin rəsmi sənədi kimi qeydiyyata keçdi.
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzainin özünün BMT-nin baş katibi və bu qurumun TŞ-nin sədrinə məktubunda Tehran konfransının hədəflərini sadalamaqla bu konfransın keçirilməsini İİR-nın kütləvi qırğın silahları xüsusi ilə nüvə silahlarının yayılması ilə müxalifət etməsi üzrə möhkəm dəlil adlandırdı.
Məhəmməd Xəzai İslam İnqilabının Böyük İnqilabının Böyük Rəhbərinin İİR-da nüvə silahlarının istehsalı və istifadə edilməsinin haram olması üzrə açıq təkidlərinə işarə etdi.
İranın BMT-dəi daimi nümayəndəsi İslam İnqilabının Böyük Rəhbərinin bu müraciətinin istehsalı və o həzrətin, bu silahlardan istifadənin qadağan olması üzrə yenidən təkid etmələrinin, İranın nüvə enerjisindən sülhsevər istifadə habelə beynəlxalq səviyyədə kütləvi qırğın və nüvə silahlarının məhv edilməsi üzrə əməkdaşlıq üçün bariz əzmkarlığının göstəricisi olduğunu da elan edib.


Story Code: 24374

News Link :
https://www.islamtimes.org/az/news/24374/böyük-rəhbərin-müraciəti-bmt-nin-tş-sənədi-kimi-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org