0
Sunday 3 March 2013 - 01:29

Siyasi analitik: Anti İran sanksiyaları Yaxın Şərqdə təhlükəsizliyi pozur

Story Code : 243757
Siyasi analitik: Anti İran sanksiyaları Yaxın Şərqdə təhlükəsizliyi pozur
Siyasi analitik: Anti İran sanksiyaları Yaxın Şərqdə təhlükəsizliyi pozur
Islam times.org/az/ - Trisakti Universitetinin iqtisadçı professoru Rodney Shakespeare deyib: “Sanksiyalar Yaxın Şərqdə iqtisadi təhlükə yaradır və bu da Səudiyyə Ərəbistanı kimi region dövlətləri olan ölkələrdə siyasi dayanıqsızlığa səbəb olur.”

Shakespeare deyib ki, İran qarşı tətbiq edilən sanksiyalar iqtisadi hərəkatlara ziyan vuraraq qara bazarı canlandırır. O vurğulayaraq bildirib ki, əslində sanksiyalar regionu Qərb asılılığından xilas edəcək.

Beynəlxalq Böhran Qrupunun yenicə yaydığı hesabatda bildirilir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar region iqtisadiyyatına ciddi ziyan vuracaq və regionda iqtisadi stabilliyi bərpa etmək üçün illər lazım olacaq.

Hesabatda əlavə olunaraq bildirilir ki, sanksiyalar hörümçək toru kimi olub, o qədər sıx hörülüb ki, onu daha sonra açmaq çox çətin olacaq.

Brusseldə yerləşən beynəlxalq təşkilat hesab edir ki, sanksiyalar qara bazarın canlanmasına və qaçaqmalçılıq şəbəkəsinin regionun bir hissəsinə çevrilməsinə səbəb olmuşdur.

ABŞ-ın rəhbərliyi ilə İrana qarşı tətbiq edilmiş qeyri qanuni sanksiyalara səbəb Tehranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək ittihamlarıdır.

İran bütün bu ittihamları rədd edərək Nüvə Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerji Agentliyinin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.

Buna əlavə olaraq Beynəlxalq Atom Enrji Agentliyi İran nüvə obyektlərində müxtəlif yoxlanışlar aparmış, ancaq İranın dinc məqsədlərdən kənara çıxdığı haqqında heç bir dəlil-sübut aşkar etməmişdir.
Source : Islamtimes
Comment