QR CodeQR Code

“Türkiyə İrandan neft və qaz idxalını davam etdirəcək”

3 Mar 2013 07:18

IslamTimes - Taner Yıldız: “Türkiyə İrandan neft və qaz idxalını davam etdirəcək”.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib. Onun sözlərinə görə, İran Türkiyənin enerjiyə olan tələbatını qarşılayan əsas ölkələrdən biridir: “Rəsmi Ankara İrandan idxal etdiyi neft və qazın əvəzini bu ölkənin Türkiyədəki hesablarına yatırır. İrana pul köçürülməsi məsələsi Türkiyənin Xarici Ticarət, Maliyyə və İqtisadiyyat nazirliklərinin işidir. Ona görə də bu məsələ Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyini maraqlandırmır”. T.  Yıldız qeyd edib ki, Türkiyə ABŞ-ın İrana qarşı yeni sanksiyalarına baxmayaraq əvvəlki qaydada bu ölkədən xam neft idxalını davam etdirir .
 
Qeyd edək ki, 2013-cü ilin fevral ayında Türkiyə İrandan gündəlik 100 min barel neft idxal edib.


Story Code: 243776

News Link :
https://www.islamtimes.org/az/news/243776/türkiyə-irandan-neft-və-qaz-idxalını-davam-etdirəcək

Islam Times
  https://www.islamtimes.org