0
Sunday 3 March 2013 - 11:58

Obamanın qardaşı Kenya seçkilərinə namizədliyini irəli sürüb

Story Code : 243828
Obamanın qardaşı Kenya seçkilərinə namizədliyini irəli sürüb
Obamanın qardaşı Kenya seçkilərinə namizədliyini irəli sürüb
Islam times.org/az/ - Kenyanın Siaya mahalının hakimlik vəzifəsinə namizədliyini irəli sürmüş müstəqil namizəd Malik Obama cümə günü deyib: “Mən seçkilərə Malik Obama kimi qatılacam.”

O əlavə edərək deyib: “Mən adımdan və qardaşım ilə olan bağlılığımdan kənar dura bilmərəm, ancaq məndə elə bir hiss var ki, sanki insanlar Obamanın qardaşının kim olduğunu görmək istəyirlər.”

Seçki kompaniyası çərçivəsində 54 yaşlı Kenyalı siyasətçi deyib: “Mən ümid edirəm ki, siz hamınız məni dəstəkləyəcəksiniz və Siaya mahalına dəyişikliklər gətirmək üçün mənə səs verəcəksiz.”

Hələ yanvar ayında Malik Obama demişdir: “O (Barak Obama) mənim üçün ilham mənbəyidir və atamın arzularının təcəssümüdür.”

O mənə demişdir: “Qardaş, ictimai işlərlə məşğul olmaq elə də asan iş deyil. Gərək dözümlü olasan, çünki insanlar səni hədəfə alacaqlar. Media sənin haqqında bir çox şeylər deyəcək. Səni sevən və sevməyən insanlar olacaq. ”

Malik Obama deyib ki, onun kiçik qardaşı Barak Obama atamın uğurlu davamçısı olub. Atam Barak Huseyn Obama Havaii Universitetində təhsil alan ilk afrikalı olmuşdur və o daha sonra Kenyaya qayıdaraq Kenya sivil cəmiyyətlərində yüksək vəzifələrdə çalışmışdır.
Source : Islamtimes
Comment