QR CodeQR Code

Obamanın qardaşı Kenya seçkilərinə namizədliyini irəli sürüb

Islamtimes , 3 Mar 2013 11:58

Islamtimes - ABŞ prezidenti Barak Obamanın siyasi karyerası onun ögey qardaşı olan Malik Obamanı Kenya ümummilli seçkilərində namizədliyini irəli sürməyə ruhlandırıb.


islamtimes.org/az/ - Kenyanın Siaya mahalının hakimlik vəzifəsinə namizədliyini irəli sürmüş müstəqil namizəd Malik Obama cümə günü deyib: “Mən seçkilərə Malik Obama kimi qatılacam.”

O əlavə edərək deyib: “Mən adımdan və qardaşım ilə olan bağlılığımdan kənar dura bilmərəm, ancaq məndə elə bir hiss var ki, sanki insanlar Obamanın qardaşının kim olduğunu görmək istəyirlər.”

Seçki kompaniyası çərçivəsində 54 yaşlı Kenyalı siyasətçi deyib: “Mən ümid edirəm ki, siz hamınız məni dəstəkləyəcəksiniz və Siaya mahalına dəyişikliklər gətirmək üçün mənə səs verəcəksiz.”

Hələ yanvar ayında Malik Obama demişdir: “O (Barak Obama) mənim üçün ilham mənbəyidir və atamın arzularının təcəssümüdür.”

O mənə demişdir: “Qardaş, ictimai işlərlə məşğul olmaq elə də asan iş deyil. Gərək dözümlü olasan, çünki insanlar səni hədəfə alacaqlar. Media sənin haqqında bir çox şeylər deyəcək. Səni sevən və sevməyən insanlar olacaq. ”

Malik Obama deyib ki, onun kiçik qardaşı Barak Obama atamın uğurlu davamçısı olub. Atam Barak Huseyn Obama Havaii Universitetində təhsil alan ilk afrikalı olmuşdur və o daha sonra Kenyaya qayıdaraq Kenya sivil cəmiyyətlərində yüksək vəzifələrdə çalışmışdır.


Story Code: 243828

News Link :
https://www.islamtimes.org/az/news/243828/obamanın-qardaşı-kenya-seçkilərinə-namizədliyini-irəli-sürüb

Islam Times
  https://www.islamtimes.org