0
Saturday 24 April 2010 - 15:12
prezident Mahmud Əhmədinejad :

Təhlükəsizlik Şurası hegemon qüdrətlərə xidmət edir

Story Code : 24386
Təhlükəsizlik Şurası hegemon qüdrətlərə xidmət edir
İran İslam Respublikası prezidenti xalqların təhlükəsizliyini təmin etməli olan BMT-nin Təhlükəsizlik Şurasının bəzi zorakı qüdrətlərin maraqlarına xidmət etdiyini bildirib.
İRNA-nın məlumatına görə, İran prezidenti cənab Mahmud Əhmədinejad cümə axşamı Zimbabve prezidenti Robert Qabriel Moqabe ilə birgə mətbuat konfransında deyib: Təhlükəsizlik Şurası xalqların düşmənlərinin xalqlara qarşı təzyiq göstərmələri üçün bir vasitədir və onlar müxtəlif bəhanələr ilə İran xalqına qarşı bir neçə qətnamə qəbul ediblər.
M.Əhmədinejad düşmənlərin öz məqsədlərinə nail olmaqda məğlubiyyətə uğradıqlarını deyərək, əlavə edib: Bu zorakı qüdrətlər belə hesab edirlər ki, təzyiq göstərməklə İran xalqının yolunu dəyişə və təsir altına ala bilərlər. Lakin, İran xalqının misilsiz müqaviməti ilə onlar keçmişdə olduğu kimi öz fitnələrini gerçəkləşdirə bilməyəcəklər.
İran İslam Respublikası prezidenti həmçinin deyib: İrana qarşı yönəlmiş bütün hədələr və təzyiqlər İranın inkişafı üçün misilsiz fürsətlərə çevrilir və onlar yaxşı bilirlər ki, İran bu gün güclü və məğlubedilməz bir ölkədir.
M.Əhmədinejad Zimbabveli həmkarı ilə birgə mətbuat konfransının davamında deyib: Xalqlara hörmət etməyənlər, öz anti-humanist hərəkətləri ilə 100 minlərlə nəfəri qətlə yetirənlər, demokratiya və insan haqları adı altında xalqlara təzyiqlər göstərənlər həqiqətdə zülm və zorakılığa təslim olmayanlardan, azadlıq uğrunda mübarizə aparanlardan intiqam alırlar.
İran İslam Respublikası prezidenti vurğulayıb ki, birlik və həmrəylik hegemon qüdrətlərin fitnələrini məğlubiyyətə uğratmaqda ən təsirli yoldur və tarix bunu sübut edib.
M.Əhmədinejad müstəmləkəçilər və istismarçıların Zimbabve xalqına qarşı şeytani və anti-humanist hərəkətlərini pisləyərək, bu ölkənin inqilabçı xalqı və hökumətinin xüsusilə də prezident Robert Moqabenin hegemon qüdrətlərin fitnələri qarşısındakı mübarizə və müqavimətlərini alqışlayıb.
Zimbabve prezidenti də bu mətbuat konfransında deyib: İran və Zimbabve zülm və zorakılıq quruluşları ilə müxalifdirlər və öz azadlıqları və haqlarını müdafiə etmək üçün müqavimət göstərirlər.
Zimbabve prezidenti iki ölkə arasındakı əlaqələri çox yaxşı adlandırıb və deyib: Mən əminəm ki, yaxın gələcəkdə əsaslı prinsiplər çərçivəsində ikitərəfli əməkdaşlıqları daha da genişləndirəcəyik.
Source : IRIB
Comment