0
Saturday 24 April 2010 - 15:35
general leytenant Əlirza Təngsiri bu gün deyib:

Böyük Peyğəmbər manvrinin ikinci mərhələsinə start verildi

Story Code : 24388
Böyük Peyğəmbər manvrinin ikinci mərhələsinə start verildi
Böyük Peyğəmbər 5" hərbi manevrin ikinci mərhələsinə bu gün Fars Körfəzi sularında start verildi.
İRNA-nın məlumatına görə, "Böyük Peyğəmbər 5" hərbi manevrin sözçüsü general leytenant Əlirza Təngsiri bu gün deyib: "Böyük Peyğəmbər 5" manevrinin ikinci günündə Könüllü qüvvələrdən olan dalğıcılar İslam İnqilabı keşikçiləri korpusunun birinci dəniz məntəqəsi qüvvələri dalğıcları ilə birlikdə sualtı minaların quruşdırılmasını məşq edirlər.
İslam İnqilabı Keşikçiləri korpusunun dəniz qüvvələrinin birinci məntəqə komandırnin dediyinə görə "Böyük Peyğəmbər 5" manevrinin iki gün davam edəcək ikinci mərhələsində çevik hərbi qayıqlar, raket və torpedo ilə təchiz olunmuş döyüş qayıqları öz bacarıqlarını nümayiş etdirəcəklər.
Təngsiri "Böyük Peyğəmbər 5" manevrinin üçüncü mərhələsi haqda da deyib: Üçüncü mərhələdə məntəqə üzərində uçan təyyarələrin izlənilməsi, onlar ilə bağlı məlumatların baş qərargaha bildirilməsi və onlara qarşı müdafiə tədbirlərinin görülməsi əməliyyatları həyata keçiriləcək.
İslam İnqilabı keşikçiləri korpusu qüvvələrinin birgə iştirakı ilə keçirilən "Böyük Peyğəmbər 5" manevrinə dünən Fars Körfəzi və Hormoz Boğazında start verilib.
Source : IRIB
Comment