0
Monday 4 March 2013 - 03:08

Lerikdə əhali aksiyaya hazırlaşır

Story Code : 244013
Lerikdə əhali aksiyaya hazırlaşır
Lerikdə əhali aksiyaya hazırlaşır
Məktubun tam mətnini oxucularımıza çatdırırıq: Leriklilər icra başçısına 10 gün vaxt verdilər. Tələbləri yerinə yetirilməsə kütləvi etiraz aksiyası keçiriləcək Azərbaycanın ucqar cənub rayonu olan Lerikdə vəziyyət gərgin olaraq qalır. Rayon əhalisi tələblərinin yerinə yetirilməsi üçün Rayon İcra Hakimiyətinə 10 gün vaxt veriblər. Artıq rayon fəaları facebbok sosial şəbəkəsində üzləşdikləri problemlə bağlı səhifə də yaradıblar. “Bu yaxınlarda Lerikdə Cabir Ənsar turbəsinin (Cobi ocaq) və Qarabag şəhidlərinin uydqları qəbirstanlıgin 10-15 metriliyndə kanalizasiya anbarının tikilməsi bızım ənəviyatımıza hörmətsizlikdir. Halbuki həmin kanalizasiya anbari indiki yerdən 2 kilometr aralıda tikilməli idi. Mənəviyatımıza, dinimizə və şədilərimizə edilən bu hörmətsizliyə bizlər etirazımızı bildirməliyik. Lerik Rayon İcra Hakimyətinə 10 gun vaxt veririk ki, bu tikintini dayandırsın. Əgər bu tikinti inşası davam edərsə, bu Lerikdə kütləvi etirazlara səbəb olacaq. Bizlər bu hörmətsizliyə çox sərt cavab verəcəyik. Bütün azərbaycanlılardan xahis edirik ki, bu kampaniyaya qoşulsunlar və dostlarını da səsimizə səs verməyə dəvət etsinlər. Güc birlikdədir. Şəhidlərimizə edilən hörmətsizlik bütün Azərbaycan xalqına edilən hörmətsizlikdir. Dinimizə qarşı edilən hörmətsizlik bütün dindarlara edilən hörmətsizlikdir”, – deyə facebook səhifəsində qeyd olunur.(reportyor)
Comment