0
Monday 4 March 2013 - 07:58

Əl-Nüsrə yaraqlıları Suriyada iki fələstinlini edam etdi

Story Code : 244026
Əl-Nüsrə yaraqlıları Suriyada iki fələstinlini edam etdi
“Suriya İnsan Hüquqları Təşkilatı”: “Silahlı yaraqlılar, qeyd olunan iki zavallı fələstinlini, Yərmuk düşərgəsindəki “Fələstin” meydanında, ağacdan asaraq həyatlarına son qoyublar.”
ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Təşkilatı” müdhiş bir xəbər yayımlayıb. Xəbərdə əl-Qaidə terror təşkilatının fəal qanadı olan Əl-Nüsrə yaraqlılarının növbəti cinayətinə işarə olunaraq deyilir: “Silahlı ünsürlər, “Yərmuk” məntəqəsindəki Suriya Dövləti tərəfindən Fələstin qaçqınlarına verilən düşərgədə, iki fələstinli qaçqını Suriya Dövləti ilə həmkarlıq ittihamı ilə vəhşicəsinə dar ağacından asıblar.”
Comment