0
Monday 4 March 2013 - 08:51

Obama Sərkisyanın qələbəsinə sevindiyini yazdı

Story Code : 244028
Obama Sərkisyanın qələbəsinə sevindiyini yazdı
Ermənistan prezidentinin mətbuat xidmətindən yayılan açıqlamaya görə məktubda B.Obama S.Sərkisyanın ikinci müddətə prezident seçilməsi münasibətilə onu təbrik edir. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi Ermənistan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik etməkdən sevinc hissləri duyuram. Gözləyirəm ki, biz sizinlə birgə işimizi davam etdirəcəyik, belə ki, biz hər ikimiz ikinci müddətə öz vəzifələrimizin icrasına başlayırıq”.
 
ABŞ prezidenti Ermənistanla ikitərəfli tərəfdaşlığın daha da genişləndiriləcəyinə ümid etdiyini bildirir. Obama yazır ki, onun ölkəsi Ermənistanın inkişafına hər cür dəstəyi göstərməyə hazırdır: “Biz gözləyirik ki, Sizin liderliyiniz altında demokratiyanın daha da möhkəmləndirilməsinə yönələn davamlı islahatlar və iqtisadiyyatın möhkəmləndirilməsinə dair islahatlar davam etdiriləcək, nəticədə Ermənistan vətəndaşları və bizim üçün qiymətli tərəfdaş olan ölkəyə mühüm töhfə verməyə çalışan amerikalılar üçün yeni imkanlar yaranacaq”. ABŞ prezidenti daha sonra yazır ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülh prosesinə dəstək verməkdə davam edəcək. “Həmçinin Ermənistan-Türkiyə münasibətlərinin mümkün nizamlanması yönündə işlərimizi davam etdirməyi də arzu edirik” deyə Obama yazıb. ABŞ prezidenti məktubunda Sərkisyana təriflər yağdırır və onu “Ermənistanda islahatları dərinləşdirən lider” adlandırır. Bildirir ki, Ermənistanın daimi dostu və tərəfdaşı kimi Birləşmiş Ştatlar öz məqsədlərinə çatmaq işində Sərkisyanın yanında olacaq. /Musavat/
Comment