QR CodeQR Code

Hüsnü Mübarək yenə məhkəmə qarşısına çıxarılacaq

4 Mar 2013 09:13

IslamTimes - Misirin hakimiyyətdən salınmış keçmiş prezidenti Hüsnü Mübarək, onun iki oğlu və müşavirləri yenidən məhkəməsi qarşısına gələn ay çıxarılacaq.


Bunu elan edən Misir məhkəməsi nümayişçilərin qətlə yetirilməsi ilə bağlı dinləmələrin ölkədə aprel ayına təyin olunmuş parlament seçkilərindən doqquz gün öncə keçirilməsi haqda qərar çıxarıb.
 
Mübarək Yaxın Şərq və Şimali Afrikada xalq üsyanlarından sonra nümayişçilərə atəş açmaq əmri verdiyinə görə ömürlük həbs cəzasına məhkum olub, Qahirə məhkəməsi yanvar ayında onun məhkəməsinin yenidən keçirilməsinə razılıq verib.

Misiri 30 il idarə etmiş diktator Hüsnü Mübarək iki ilə yaxındır həbsxanada saxlanır.


Story Code: 244032

News Link :
https://www.islamtimes.org/az/news/244032/hüsnü-mübarək-yenə-məhkəmə-qarşısına-çıxarılacaq

Islam Times
  https://www.islamtimes.org