QR CodeQR Code

Pakistanda şiələrə qarşı terror: 25 ölü, 70 yaralı

4 Mar 2013 10:26

IslamTimes - Pakistanın Karaçi vilayətində şiələrin yaşadığı məhəllədə 2 terror aktı törədilib.


Terror nəticəsində 25 nəfər ölüb, 70 nəfər isə yaralanıb.  Terror aktı törədildikdən sonra əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb olunub və vətəndaşlardan qan bağışlamaları istənilib.  Pakistanın Şiə Şurası təşkilatı terror aktını qınayıb və 3 gün davam edəcək etiraz aksiyaları təşkil edəcəklərini bildirib.  Qeyd edək ki, Pakistanda 2 həftə əvvəl şiələrə qarşı törədilən terror aktında 89 nəfər dünyasın dəyişmişdi. /islam-azeri/


Story Code: 244060

News Link :
https://www.islamtimes.org/az/news/244060/pakistanda-şiələrə-qarşı-terror-25-ölü-70-yaralı

Islam Times
  https://www.islamtimes.org