QR CodeQR Code

Peres Ərdoğanı sərt tənqid etdi

4 Mar 2013 15:50

IslamTimes - İsrail prezidenti Şimon Peres Türkiyəli baş nazirin Vyana şəhərində verdiyi bəyanatı tənqid atəşinə tutub.


"Euronews" kanalına verdiyi eksklüziv müsahibədə, işğalçı İsrail prezidenti Rəcəb Tayip Ərdoğanın sionizmi insanlığa qarşı cinayətlə bərabərləşdirməsindən təəsüfləndiyini deyib.

“Mən buna çox təəsüflənirəm. Bu nadanlıqdan irəli gəlir. Bu lüzumsuz və tam əssasız nifaqı daha da alışdırır. Buna görə bu bəyanatın son günlərin ən təəssüf doğuran hadisələrindən olduğunu düşünürəm”

Qeyd edək ki, iki ölkə arasında münasibətlər zahirdə də olsa 2010-cu ildən bəri soyuq olaraq qalmaqdadır. Həmin vaxt İsrail xüsusi təyinatlıları Qəzza zolağındakı İsrail blokadasını yarmağa çalışan gəmiyə basqın edərək, 9 türk vətəndaşını qətlə yetirmişdi. Türkiyə baş nazirinin sionizmlə bağlı müqayisəsini eynilə bir neçə gün əvvəl Ankarada səfərdə olmuş ABŞ dövlət katibi Con Kerri pisləmişdi. Amma bir çox ekspertlər Ərdoğanın İslam dünyasında nüfuz qazanmaq məqsədi ilə İsrailə hədə-qorxu gəldiyini bildirir. /anspress/


Story Code: 244199

News Link :
https://www.islamtimes.org/az/news/244199/peres-ərdoğanı-sərt-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org