0
Tuesday 5 March 2013 - 00:04

Netanyahu İordaniya kralı ilə gizli danışıqlar aparır

Story Code : 244265
Netanyahu İordaniya kralı ilə gizli danışıqlar aparır
Netanyahu İordaniya kralı ilə gizli danışıqlar aparır
Islam times.org/az/ - Şənbə günü adının anonim qalmasını istəyən diplomatic mənbə Frans Press Agentliyinə məlumat verərək deyib: “Keçən həftə Netanyahu kral II Abdullah ilə görüşmək üçün İordaniyaya gedib.”

Netanyahu və kralı II Abdullah həmçinin dekabr ayında İordaniyada görüşərək Suriya məsələsini müzakirə etmişdilər.
Bu danışıqlar 2010-cu ilin sentyabr ayından etibarən Tel Əvivin həyata keçirdiyi qeyri qanuni məskunlaşma fəaliyyəti səbəbindən İsrail ilə fələstin hökuməti arasında vəziyyətin gərginləşməsindən sonra baş verdi.

Fələstinlilər danışıqlara başlamazdan əvvəl İsraildən Qərb Sahilində və Şərqi Qüdsdə apardığı məskunlaşma fəaliyyətini dayandırmağı tələb edib, ancaq İsrail danışıqlar öncəsi təklifləri rədd edib.

Tel Əviv rejimi 2012-ci il 29 noyabrda Fələstinin BMT-də qeyri üzv müşahidəçi dövlət kimi tanınmasından sonra qeyri qanuni məskunlaşma siyasətini artırmağa başladı.

1967-ci ildə işğal edilmiş Qərb Sahili və Şərqi Qüdsdə inşa edilmiş 120 yaşayış məskənində yarım milyondan çox israilli yaşayır.

Yanvar ayında BMT İsrailə müraciət edərək dördüncü Cenevrə Konvensiyasının 49-cu bəndinə müvafiq olaraq heç bir şərt qoymadan məskunlaşma fəaliyyətinə son qoymağı tələb edib. Ancaq Tel Əviv BMT-nin bu çağırışına məhəl qoymayıb.
Source : Islamtimes
Comment