0
Tuesday 5 March 2013 - 00:36

Fransa və Türkiyə Əsədə qarşı suiqəsd hazırlayıblar

Story Code : 244273
Fransa və Türkiyə Əsədə qarşı suiqəsd hazırlayıblar
Fransa və Türkiyə Əsədə qarşı suiqəsd hazırlayıblar
Islam times.org/az/ - Livanın “Asianews” xəbər agentliyi deyir ki, Suriyanın tanınmış media aktivisti Xedar Avarake tərəfindən hazırlanmış sənədli filmdə Suriya rəsmilərini qətlə yetirmək ilə vəzifələndiriliən şəxslərin etirafları nümayiş etdirilir.

Məlumata əsasən Suriya təhlükəsizlik qüvvəlləri Türkiyə və Fransa kəşfiyyat agentlikləri tərəfindən Əsəd və Suriyanın xarici işlər naziri Vəlid əl Muəllimə qarşı hazırlanan suiqəsdin qarşısını əvvəlcədən almağa müvəffəq olublar.

Məlumatda daha sonra bildirilir ki, Türkiyə və Fransaya məxsus gizli kəşfiyyat agentləri bu suiqəsd planını həyata keçirmək üçün əmliyyat otağı da hazırlamışdılar. Bu plan Səudiyyə Ərəbistanı, Qətər və ABŞ-ın razılığı ilə həyata keçirilirdi.

Bu palnın tərkib hissəsi olaraq onlar həmçinin xarici işlər nazirliyinin və prezident aparatının yüksək vəzifəli məmurlarını da bu işə cəlb etməli idilər.

Suriya dəfələrlə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və bəzi qərb dövlətlərini ölkədə mövcud olan münaqişəni qızışdırmaqda ittiham edib.

Suriya hökuməti deyib ki, ölkədəki münaqişə xaricdən idarə edilir və hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici qüvvəllərədən ibarətdir.
Source : Islamtimes
Comment