0
Tuesday 5 March 2013 - 01:22

Türkiyəli siyasətçi: Patriot raket sistemləri Amerika və İsrail maraqlarına xidmət edir

Story Code : 244284
Refik Eryılmaz
Refik Eryılmaz
Islam times.org/az/ - Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının üzvü Refik Eryılmaz bu açqılamanı jurnalistlərə müsahibəsi zamanı deyib.

Türk millət vəkili həmçinin Vaşinqtonu Ankara və hakim Ədalət və İnkişaf Partiyasını Yaxın Şərq regionunda ABŞ-ın maraqlarına xidmət etməyə məcbur etməkdə ittiham edib.

ABŞ, Almaniya və Niderland tərəfindən quraşdırılan Patriot raket sistemləri artıq keçən ay Qaziəntəpə, Qəhrəmanmaraş və Adanada işlək vəziyyətə gətirilib.

Türk xalqı dəfələrlə NATO qüvvəllərinin ölkədə mövcudluğuna və Patriot raket sistemlərinin quraşdırılmasına qarşı öz etirazlarını bildiriblər.

Şənbə günü Türk xalqı İstanbulun küçələrinə axışaraq ölkələrinin Qərb hərbi aliyansı olan NATO-ya üzvlüyünə qarşı şüarlar səsləndirmişdilər.

2012-ci ilin noyabr ayında NATO Türkiyəni Suriyadan ola biləcək təhlükədən qorumaq üçün Patriot raket sistemlərinin quraşdırılması planını élan etdi.

Dəməşq Suriya ilə sərhəddə Patriot raket sistemlərinin quraşdırılmasını tənqid etmiş və bunu Türk hökumətinin Suriyaya qarşı yeni təxribatı adlandırmışdır.
Source : Islamtimes
Comment