QR CodeQR Code

Fransada ümummilli tətil keçiriləcək

5 Mar 2013 08:38

IslamTimes - Fransanın Ümummilli əmək konfederasiyası (CGT) və «Fəhlə qüvvəsi» (FO) həmkarlar ittifaqları dövlətin əmək və məşğulluq sahəsindəki siyasətinə qarşı ümummilli tətil və kütləvi aksiyalar keçirməyə hazırlaşırlar.


Fransanın Ümummilli əmək konfederasiyası (CGT) və «Fəhlə qüvvəsi» (FO) həmkarlar ittifaqları dövlətin əmək və məşğulluq sahəsindəki siyasətinə qarşı ümummilli tətil və kütləvi aksiyalar keçirməyə hazırlaşırlar. Bu barədə APA «RİA Novosti»yə istinadən məlumat verir.
 
Yanvar ayında Fransanın bir sıra həmkarlar ittifaqları (CFDT, CFTC və CFE-CGC)  işəgötürənlərlə sosial tərəfdaşlıq barədə saziş imzalayıblar. Biznesmenlər çoxdan bu müqavilənin imzalanmasına nail olmaq istəyirdilər. Saziş əmək qanunvericiliyini yüngülləşdirməyə imkan verəcək və işçilərin işdən çıxarılması və yaxud başqa işə keçirilməsini asanlaşdıracaq.
 
Bu müqavilənin əsasında hazırlanmış qanun layihəsi aprel ayında Fransa parlamentinin müzakirəsinə çıxarılacaq.

CGT və FO isə bu qanun qəbuluna mane olmaq üçün ümummilli tətil keçirməyi planlaşdırırlar. Aksiyalara sosial sahənin, poçtun, dövlət idarələrinin işçilərinin ciddi dəstək verəcəyi gözlənilir.


Story Code: 244302

News Link :
https://www.islamtimes.org/az/news/244302/fransada-ümummilli-tətil-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org