0
Tuesday 5 March 2013 - 11:36

YAP-çı deputat İbrahimbəyovu aşağıladı

Story Code : 244339
YAP-çı deputat İbrahimbəyovu aşağıladı
“Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı fikir söyləməyə haqqı yoxdur. Çünki onun fikirləri bizim üçün əhəmiyyətsizdir”. Bu barədə Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
 
Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun dünən mətbautda dərc olunan məqaləsinə münasibət bildirən YAP rəsmisi onun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı beynəlxalq qüvvələrə müraciət etməsinə dair fikirlərinin anormal olduğunu deyib.
 
“Rüstəm İbrahimbəyovun nə dediyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onun dediklərinə nə Azərbaycanda reaksiya var, nə də beynəlxalq ictimaiyyətdə. Azərbaycan demokratik ölkədir, burada seçkiləri Azərbaycan hökuməti keçirir. O hansısa ölkə haqqında fikir bildirə bilər, amma Azərbaycanla bağlı belə fikir səsləndirmək doğru deyil. Onun belə fikirlər səsləndirməsi də anormaldır. Çünki onun bu cür fikirlər bildirməyə siyasi baxımdan haqqlı yoxdur”,-deyə M.Qurbanlı münasibət bildirib.
 
Qeyd edək ki, hazırda Moskvada olan tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov mətbuat vasitəsilə müxalifət düşərgəsinə bəzi mesajlar göndərib. O dünən mətbuatda dərc olunan məqaləsində Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xarici qüvvələrdən kömək almağın vacibliyini vurğulayıb.
 
“Azərbaycan vətəndaşları da gələcəyə olan ümidlərini qarşıda duran seçkilərə bağlayırlar. Bu seçki, şübhəsiz, seçicilərin daha çox fəallığı ilə keçəcək. Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək cətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir.
 
Əminəm ki, dünya ictimaiyyətinə müraciyyət etsək, bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır”-deyə məqaləsində R.İbrahimbəyov yazıb.
 
AzNews.az
Comment