QR CodeQR Code

İran xarici işlər nazirindən Pan Gi Muna Suriya ilə bağlı çağırış

5 Mar 2013 14:49

IslamTimes - İran xarici işlər naziri Suriya böhranının genişlənməsi nəticəsində onun region və dünyaya yaydığı görünməmiş mənfi təsirləri haqda BMT baş katibi Ban Ki Muna ciddi xəbərdarlıq edib


İran xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Ban Ki Muna göndərdiyi məktubda Suriya böhranının genişlənməsi haqda xəbərdarlıq edərək, regionu təhlükəli vəziyyətə sürükləyən bu böhranın dinc şəkildə qarşısının alınması üçün bu təşkilatdan dərhal ciddi addımlar atmasını tələb edir.
 
Salehi məktubunda, Suriya paytaxtı Dəməşdə vətəndaşların bir neçəsinin həlak olması və yaralanması ilə nəticələnən terror aktını pisləyərək, təkidlə bildirib ki, Bütün ölkələr, BMT və beyəlxalq ictimaiyyət Suriyada cərəyan edən terror aktları və zorakılıqların dayandırılması üçün öz məsuliyyətlərini yerinə yetirməlidirlər.  /Deyerler/


Story Code: 244422

News Link :
https://www.islamtimes.org/az/news/244422/iran-xarici-işlər-nazirindən-pan-gi-muna-suriya-ilə-bağlı-çağırış

Islam Times
  https://www.islamtimes.org