QR CodeQR Code

ABŞ İsrail rejiminə sipər olmağa davam edəcək

Deyerler , 5 Mar 2013 15:46

IslamTimes - “Obama adminstrasiyası İsraili məhv etmə çalışmalarına qarşı sipər olmaqda davam edəcək."


ABŞ-dakı İsrail rejiminin əsas lobbi təşkilatı olan ABŞ-İsrail Komitəsininin illik konfransında çıxış edən ABŞ vitse-prezident Co Bayden, işğalçı İsrail rejiminin Fələstində apardığı qanunsuz tikintilərin İsrail rejiminin təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu bildirib, - “haberturk”.
 
“Obama adminstrasiyası İsraili məhv etmə çalışmalarına qarşı sipər olmaqda davam edəcək. Bu, müzakirə mövzusu ola bilməz. Bunu bizim qarşımıza gətirməsinlər”, - deyə Co Bayden bildirib.
 
Co Bayden eyni zamanda işğalçı İsrail rejiminin İranla bağlı narahatlıqlarını bölüşdüklərini də bildirib. “Obama adminstrasiyası bütün yolların uğursuz olması nəticəsinə gəldikdən sonra hərbi müdaxiləyə üz tutacaq. Obama boş sözlər danışmır”, - deyə Co Bayden vurğulayıb.   


Story Code: 244446

News Link :
https://www.islamtimes.org/az/news/244446/abş-israil-rejiminə-sipər-olmağa-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org