0
Wednesday 6 March 2013 - 06:53

Venesuela prezidenti Uqo Çaves vəfat edib

Story Code : 244591
Venesuela prezidenti Uqo Çaves vəfat edib
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib.   
 
Qeyd edək ki, martın 5-də ilk öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib.
 
Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.

Venesuelada Uqo Çavesin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Siyasətçinin dəfn mərasimi martın 8-də keçiriləcək.

Venesuelanın Silahlı Qüvvələri artıq vitse-prezident Nikolas Maduroya hərbi and veriblər. Ölkənin qanunlarına əsasən, yaxın 30 gün ərzində yeni dövlət başçısının seçkiləri elan oluna bilər.   
 
Xatırladaq ki, Çaves yerli vaxtla martın 5-də saat 16.25-də (Bakı vaxtı ilə martın 6-da saat 1.55-də)  vəfat edib. Rəsmi ölümün səbəbi hələlik açıqlanmır, lakin Çaves 2011-ci ilin ortalarından onkoloji xəstəlikdən əziyyət çəkib.
Comment