QR CodeQR Code

tarix təhrifi :

Azərbaycanda ilk tarix portalı və təhriflər

arannews , 25 Apr 2010 11:50

Azərbaycan Tarixi Portalı Azərbaycan Respublikası da daxil olmaqla, tarixi İran ərazilərini əhatə edən regionun tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyasını özündə cəmləşdirir


Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında ilk dəfə olaraq www.history.az adlı Azərbaycan Tarixi Portalı yaradılıb.
Azərbaycan Tarixi Portalı Azərbaycan Respublikası da daxil olmaqla, tarixi İran ərazilərini əhatə edən regionun tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyasını özündə cəmləşdirir. Bölgə tarixi haqqında yazılı mənbələrin sayı çox olduğundan qısa müddət ərzində bütün mənbələrin elektronlaşdırılması mümkün deyil. Xatırladaq ki, portal 2010-cu ilin yanvar ayından etibarən yaradılmağa başlanıb.
İstifadəçilər portalda region tarixinin hər bir dövrünü əhatə edən kitablar, xəritələr, numizmatik materiallar, sənədlər, abidələrlə tanış ola biləcəklər. Portal Azərbaycan tarixi ilə maraqlanan hər bir kəs, xüsusilə də tədqiqatçılar üçün xüsusi maraq kəsb edir. Bununla belə, portaldakı məlumatlar təhriflərdən xali deyil. Belə ki, orada yer alan mənbələrin, tədqiqat əsərlərinin əsas hissəsi və ideoloji kursu SSRİ dövründə işlənib hazırlanmış və Azərbaycan tarixinin böyük İran tarixindən kənarda təqdim edilməsini nəzərdə tutan konsepsiya əsasında yazılmış materiallardan təşkil olunub. Saytın materiallarında müasir Azərbaycan Respublikası ərazisinin 1813, 1828-ci illərədək İran dövlətinin tərkibində olması, Qacarlar dövründə bu ərazilərin – Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilərək, İrandan ayrılması faktları ciddi şəkildə gizlədilir və tarixin bu dövrü tamamilə təhrif edilmiş şəkildə təqdim olunur.
Qeyd edək ki, portal özündə elektron kitabxana, numizmatika, xalçaçılıq, arxeologiya, xəritə, fotoqalereya bölmələrini birləşdirir.
“İrəli” İctimai Birliyi tərəfindən hazırlanmış yeni portalın təqdimat mərasimi aprelin 24-də keçiriləcək.

“Aran” İA


Story Code: 24465

News Link :
https://www.islamtimes.org/az/news/24465/azərbaycanda-ilk-tarix-portalı-və-təhriflər

Islam Times
  https://www.islamtimes.org