0
Wednesday 6 March 2013 - 16:33

Hüsnü Mübarək 150 milyon dollar oğurlayıb

Story Code : 244762
Hüsnü Mübarək 150 milyon dollar oğurlayıb
"Əldə edilən yeni məlumatlar göstərir ki, Mübarək və onun oğulları Qamal və Alyanın şəxsi məqsədlərlə istifadə etdikləri dövlət vəsaitlərinin ümumi məbləği ən azı 1 milyard funta (150 milyon dollar) bərabərdir",- bu barədə çərşənbə axşamı Misir məhkəmə təftiş orqanının yaydığı xəbərdə bildirir
 
Verilən məlumata görə, Mübarək və onun oğulları uzun illər fəaliyyət göstərən korrupsiya sxeminin iştirakçısı olublar. Dövlət başçısının qərargahının təmirinə və bərpasına yönəldilmiş büdcə vəsaitləri təyinatı üzrə xərclənməyib və Mübarək ailəsinin şəxsi hesablarına köçürülüb. Məhkəmə təftiş orqanının iddiasına görə, nəzarət orqanlarına görülən işlər barədə saxta podrat sənədləri təqdim edilirmiş. Orqan iddia edir ki, sonra həmin pullar keçmiş prezident və onun yaxınları tərəfindən əmlak tikintisinə və satınalınmasına yönəldilib.  /AzNews/
Comment