0
Thursday 7 March 2013 - 15:55

ABŞ-ın Müsəlman Qardaşlarına siyasi rüşvəti

Story Code : 244855
ABŞ-ın Müsəlman Qardaşlarına siyasi rüşvəti
İranın Livan və İordaniyadakı sabiq səfiri Məhəmmədəli Sübhani ABŞ xarici işlər naziri Con Kerrinin Misirə səfərinə münasibət açıqlayıb. Onun nəzərincə ABŞ Mursi dövlətini Fələstin məsələsindən dolayı himayə edir.
 
Con Kerri xaricə ilk səfərində Yaxın Şərqi prioritet seçdi. Bu onu göstərir ki, Misir ABŞ üçün böyük əhəmiyyət daşıyır. Qahirə Vaşinqtonun regiondakı müttəfiqlərindəndir. Amma bu ölkədə ciddi dəyişikliklər baş verib. Amma unutmamalıyıq ki, Misir inqilabının məqsədi demokratik dəyişikliklər olub. Bu səbəbdən də bəziləri Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlişini inqilabın müsadirəsi kimi dəyərləndirir. Belə bir fikir var ki, Misir müxtəlif qruplar arasında qarşılıqlı anlaşma yolunu tutub. Ölkədə üç əsas qrup var: islamçılar, siyasi cərəyanlar, ordu. Bu üç qrupun hər biri dərk edib ki, Misiri tənhalıqda idarə edə bilməz. Ağ Ev də bu mövzu üzərində manevr edir. Con Kerri şənbə günü müxtəlif qrup başçıları ilə görüşüb. Məhəmməd Mursinin ən sərt müxalifi olan Qurtuluş Cəbhəsi ilə görüşdə Kerri bildirib ki, seçkiləri baykot etmək yox, buna qoşulmaq lazımdır. Kerri Misirdə siyasi çəkişmələrə son verilməsini mühüm sayıb. Amma dövlətin müxalifləri parlament seçkilərini baykot etmək fikrindədir.
 
Bütün bunlar Ağ Evin Misir və Fələstinə diqqətini göstərir. Misirin daxili gərginliyi ABŞ-ı narahat edir. Ölkədə sabitlik yaratmaq üçün ayrı-ayrı qruplarla danışıqlar aparılır. Misirdəki qrupların problemlərin həllinə özünəməxsus baxışı var. Ağ Evin Mursini himayə etməsi o demək deyil ki, Mursi ABŞ-ın son seçimidir. Ordunun da himayəsi nə isə vəd etmir. ABŞ-ın qorxduğu budur ki, Misirdə vəziyyət nəzarətdən çıxsın. Bu məqsədlə Kerri ölkədə sabitlik məsələsinə önəm verib. Mursinin böyük əksəriyyətlə seçilməməsi digər qüvvələrin də şansını artırır. ABŞ-ın mövzuya münasibəti isə islamçıların himayəsi yox, sabitlik üzərində qurulub. 
 
Ərəb inqilabları zamanı Amerika regionda nüfuzunu itirməkdən qorxub inqilabçılarla baş-başa gəlmədi. Hazırda da hansısa bir qrupu himayə etməkdən çəkinir.
 
ABŞ-ın xarici siyasətində balanslaşma meyli var. Elə bu məqsədlə Misirdəki hər üç qüvvəyə diqqət yetirilir. Referendumla bağlı söhbətdə Misir dövlətinə verilən mesaj budur ki, bütün siyasi qüvvələr nəzərə alınsın. ABŞ-ın Müsəlman Qardaşlarına diqqətinin başqa bir səbəbi budur ki, Misir Yaxın Şərq sülh prosesində öz imkanlarından istifadə etsin. Bu ölkə həm Fələstin və İsraillə qonşudur, həm də regionda təsir qüvvəsinə malikdir. Digər tərəfdən Müsəlman Qardaşlarının HƏMAS-la sıx rabitələri var. HƏMAS isə Fələstində aparıcı qüvvədir. Demək, ABŞ Müsəlman Qardaşları vasitəsi ilə HƏMASA təsir göstərmək istəyir. 
 
Belə isə aydın olur ki, Ağ Evin islamçıları himayəsi onlardan sülh proseslərində faydalanmaq məqsədi daşıyır.
 
ABŞ Misirdən gözləyir ki, ya HƏMAS-ı danışıqlara hazırlasın, ya özü danışıqlarda iştirak etsin, ya da Mahmud Abbasa dəstək versin. Misir dövlətinin sülh danışıqlarında iştirakı Amerikanın ən böyük arzusudur.
Comment