QR CodeQR Code

Suriya silahlıları BMT sülhməramlılarını ələ keçiriblər

7 Mar 2013 06:46

IslamTimes - Suriyada hakimiyyətə qarşı vuruşan terrorçulardan BMT və Qərbə tərs sillə!


Colan təpələri yaxınlığındakı  Suriya ərazisində bir qrup  BMT sülhməramlısı girov götürülüb. APA-nın xəbərinə görə, bu barədə BMT rəsmisi Eduardo del-Buey məlumat verib.
 
«Suriya və işğalçı İsraili ayıran zonada 20-dək BMT sülhməramlısı 30-dan artıq hökumət müxalifi olan silahlı tərəfindən saxlanılaraq girov götürülüb», deyə o bildirib.
 
Reyter agentliyinin xəbərinə görə, sülhməramlıları girov götürənlər «Yərmuk əzabkeşləri» qrupunun üzvləridir. Silahlılar Suriya hökumət qoşunlarının Camla kəndini azad etməsini tələb edirlər.


Story Code: 244893

News Link :
https://www.islamtimes.org/az/news/244893/suriya-silahlıları-bmt-sülhməramlılarını-ələ-keçiriblər

Islam Times
  https://www.islamtimes.org