0
Thursday 7 March 2013 - 06:46

Suriya silahlıları BMT sülhməramlılarını ələ keçiriblər

Story Code : 244893
Suriya silahlıları BMT sülhməramlılarını ələ keçiriblər
Colan təpələri yaxınlığındakı  Suriya ərazisində bir qrup  BMT sülhməramlısı girov götürülüb. APA-nın xəbərinə görə, bu barədə BMT rəsmisi Eduardo del-Buey məlumat verib.
 
«Suriya və işğalçı İsraili ayıran zonada 20-dək BMT sülhməramlısı 30-dan artıq hökumət müxalifi olan silahlı tərəfindən saxlanılaraq girov götürülüb», deyə o bildirib.
 
Reyter agentliyinin xəbərinə görə, sülhməramlıları girov götürənlər «Yərmuk əzabkeşləri» qrupunun üzvləridir. Silahlılar Suriya hökumət qoşunlarının Camla kəndini azad etməsini tələb edirlər.
Comment