0
Thursday 7 March 2013 - 09:04

İrana qarşı sanksiyaların heç bir məntiqi səbəbi yoxdur

Story Code : 244902
İrana qarşı sanksiyaların heç bir məntiqi səbəbi yoxdur
"IslamTimes" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, Paris Universitetinin müəllimlərindən olan Mariya Pumye ABŞ-ın Orta Şərqdəki siyasətinə işarə ilə deyib: "Bu gün ABŞ Orta Şərq siyasətini dəyişmək niyyətindədir. Bu Orta Şərq əhalisi üçün sevindirici xəbərdir."

Mariya Pumye uyğun iddiasına dəlil olaraq ABŞ-da Çak Heygelin müdafiə naziri, Con Kerrinin isə xarici işlər naziri postuna təyin olunmasını göstərir. O yeni təyinatların İranla 5+1 arasındakı müzakirələrə də təsirinə işarə ilə deyib: "5+1 ilə İran arasındakı danışıqların müsbət keçdiyi barədə xəbərlər var. Ümidvaram ki, növbəti danışıqlarda da uyğun irəliləyişlər davam edəcək."

M. Pumya əlavə edib: "Hazırda Heygel və Kerri İsrailin ABŞ-da olan nüfuzunu azaltmaq niyyətindədirlər. Bu xəbər təkcə İran xalqı üçün yox, bütün dünya üçün xoş xəbərdir."
Comment