0
Thursday 7 March 2013 - 09:45

İordaniyada suriyalı müxaliflərə təlim keçirilir

Story Code : 244906
İordaniyada suriyalı müxaliflərə təlim keçirilir
"IslamTimes" bildirir ki, İtaliyanın "Corriere Della Sera" qəzeti İordaniya çöllərində suriyalı müxaliflərə təlim keçirildiyi barədə yazıb. Təlimlərə amerikan, fransız, və ingilis mütəxəssislərin rəhbərlik etdiyi bildirilir. İordaniyanın paytaxtı Ommanın şimalında keçirilən təlim mərkəzindəki maket əslində böyük bir şəhər şəklində hazırlanıb. Burada 67 bina, sərnişin təyyarəsi ilə hava limanı, rəmzi bir səfirlik və s. quraşdırılıb.

Xatırladaq ki, terroristlərdən ibarət Azad Suriya Ordusu son günlər Suriya hərbiçiləri tərəfindən sarsıdıcı məğlubiyyətlərə məruz qalıb. Prezident Bəşar Əsəd bildirib ki, artıq terroristlər hakimiyyət uğrunda deyil, məhv olmamaq uğrunda mübarizə aparırlar.
Comment