0
Friday 8 March 2013 - 09:52

“Nüvə sadəcə bəhanədir“

Story Code : 245133
“Nüvə sadəcə bəhanədir“
Trend-in verdiyi məlumata görə, bu barədə İranın ali dini lideri Seyyid Ayətullah Əli Xameneyi bildirib.
Cənab Xameneyinin sözlərinə görə, nüvə məsələsi İranın üzləşdiyi problemlərdən biridir. Ali lider əlavə edib ki, bu problemin həll edilməsi mümkündür.
"Qərbin İranla bağlı çirkin planı baş tutmadı, çünki İslam İnqilabının qələbəsi münasibətilə keçirilən təntənəli tədbirlərdə insanlar küçəyə çıxaraq hökuməti alqışladılar və ona arxa-dayaq olduqlarını bildirdilər. Bu onların öz arzusu idi", - inqilab rəhbəri qeyd edib.
Bu yaxınlarda Qazaxıstanda İran və "5+1" ölkələri arasında nüvə problemi üzrə keçirilən danışıqlara toxunan ali dini lider vurğulayıb ki, "altılıq" əslində qiymətləndiriləsi heç bir vacib iş görmür.
"Onlar yalnız İran xalqının nüvə hüququnun kiçik bir hissəsini tanımağa razılıq veriblər.", - Xamneyi qeyd edib.
Comment