0
Friday 8 March 2013 - 10:45

Küçələri əsgər ölümlərinə etiraz şüarları bürüdü

Story Code : 245139
Küçələri əsgər ölümlərinə etiraz şüarları bürüdü
Elitar.Az saytının məlumatına görə bu axşam bir qrup gənc Bakı küçələrini əsgər ölümləri ilə bağlı şüarlara bürüyüblər. Belə ki, gənclər paytaxt divarlarına, binalara əsgər ölümlərinə son qoyulması tələbi ilə onlarla şüar yazıblar. Daha sonra divar şüarlarının fotosunu saytımıza göndəriblər.
 
Şüarlarda 10 mart aksiyasının tarixi və yeri də yazılıb. Aldığımız son məlumata görə bir qrup şəxs hazırda şüarları silməklə məşğuldur. Lakin şüarlar şəhərin müxtəlif yerlərinə yazıldığından onları bir-bir tapıb silməkdə çətinlik çəkirlər. Hazırda bir neçə şüar şəhərin mərkəzi yerlərində qalmaqdadır. 
 
Qeyd edək ki, əsgər ölümləri ilə bağlı martın 10-u saat 15:00-da Fəvvarələr meydanında etiraz aksiyası keçiriləcək.





Comment