QR CodeQR Code

15 yaşlı qız özünü yandırdı

8 Mar 2013 13:36

IslamTimes - Gəncədə Kəlbəcər rayonundan məcburi köçkün olan yeniyetmə qız torpaq mübahisəsi zəminində özünü yandırıb.


Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, martın 7-də Gəncə şəhərində anadan olmuş, 1998-ci il təvəlüdlü, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşmış Kərimova Almaz Şamil qızı özünə od vuraraq yanıq xəsarətləri alıb.
 
Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Hadisənin torpaq mübahisəsi zəminində baş verdiyi bilidirilir. Mübahisə isə məcburi köçkünlərin onlara məxsus olduğunu iddia edən torpaq sahəsinin məhkəmə qərarı əsasında polis əməkdaşları tərəfindən boşaldılarkən yaranıb. Ailə polisin hərəkətinə müqavimət göstərib. Bu zaman torpaq sahənin boşaldılmasına etiraz əlaməti olaraq 15 yaşlı qız üzərinə neft törərək özünü yandırmağa cəhd göstərib.
 
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Almaz Kərimovanın ailəsi Kəlbəcər rayonundan olan məcburi köçkündür.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. /AzNews/


Story Code: 245188

News Link :
https://www.islamtimes.org/az/news/245188/15-yaşlı-qız-özünü-yandırdı

Islam Times
  https://www.islamtimes.org