0
Saturday 9 March 2013 - 01:31

Çin İrana qarşı tətbiq edilən qərəzli sanksiyaları tənqid edib

Story Code : 245360
Çin İrana qarşı tətbiq edilən qərəzli sanksiyaları tənqid edib
Çin İrana qarşı tətbiq edilən qərəzli sanksiyaları tənqid edib
Islam times.org/az/ - O cümə axşamı günü mətbuat konfransında deyib: “Biz inanırıq ki, İran Nüvə Silahı Yayılmama Razılığını imzalayan bir dövlət kimi dinc məqsədlər üçün nüvə enerji proqramını inkişaf etdirməyə tam haqqı var.”

O əlavə edərək deyib ki, İrana qarşı tətbiq edilmiş qərəzli sanksiyalar İranın nüvə enerji proqramının qarşısını almaq iqtidarında deyil.

Hua təkidlə bildirib ki, İran nüvə enerji məsələsini həll etməyin ən yaxşı yolu dialoq və danışıqlardır.

O həmçinin bu yaxınlarda Almatada İran və 5+1 dövlətləri arasında keçirilmiş danışıqlara toxunmuş və demişdir ki, bu danışıqlar zamanı hər iki tərəf müsbət nəticələr əldə ediblər.

Çərşənbə axşamı günü həmçinin Çinin BMT-dəki daimi nümayəndəsi Vang Min Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ tərəfindən İrana qarşı tətbiq edilən bir tərəfli sanksiyaları tənqid etmiş və bildirimişdir ki, rəsmi Pekin Tehrana qarşı sanksiyaların və həddən artıq təziqlərin tətbiq edilməsinin əleyhinədir.

ABŞ, İsrail rejimi və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi hücum ilə təhdid ediblər.

İran isə öz növbəsində bu ittihamları əsassız olduğunu bildirmiş və demişdir ki, İrana ola biləcək hər hansı bir hücuma qarşı İran xalqı layiqli cavab verəcək.
Source : Islamtimes
Comment