0
Saturday 9 March 2013 - 10:41

Səudiyyə Ərəbistanının təhlükəsizlik və kəşfiyyat rəsmiləri Misirdə

Story Code : 245396
Səudiyyə Ərəbistanının təhlükəsizlik və kəşfiyyat rəsmiləri Misirdə
"IslamTimes" Qahirə hava limanında olan məlumatlı mənbəyə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Təhlükəsizlik Nazirliyi üzvlərindən ibarət qrup Misirə daxil oldub.

Mənbə bildirir ki, bu heyət Səudiyyə Ərəbistanının ümumi Təhlükəsizlik Nazirliyi işçilərindən ibarət olub və Səudiyyə Hava Yollarına məxsus təyyarə ilə Riyazdan Qahirəyə gəlib.

Bu kəşfiyyat və təhlükəsizlik heyətinin rəhbəri Ali Səud rejiminin Kəşfiyyat İdarəsinin müavini Yusif Əli İdrisdir.

Mənbə həmçinin qeyd edib: Misir Təhlükəsizlik Nazirliyindən olan nümayəndə heyəti Səudiyyə Ərəbistanından gələn qrupu hava limanında qarşılayıb.

Xatırladaq ki, rəsmilərin hansı səbəbdən Qahirəyə gəldiyi və nə vaxtadək burada qalacağı ilə bağlı məlumat verilmir.
Comment