QR CodeQR Code

Lavrov: Rusiya Əsədə hakimiyyətdən getmək üçün təziq etməyəcək

Islamtimes , 10 Mar 2013 07:27

Islamtimes - Rusiya bildirib ki, rəsmi Moskva heç vaxt Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün ona təziq göstərməyəcək.


Rusiya xarici işlər naziri Serqey Lavrov cümə günü BBC telekanalına müsahibəsində Moskvanın “rejim dəyişikliyi oyununda” yer almadığını demiş və bildirmişdir ki, Rusiya daxili münaqişlərə qarışmağı əleyhinədir.

Lavrov daha sonra deyib ki, Moskva Suriya prezidentindən qırağa çəkilməsini tələb etməyəcək, çünki Moskva Suriya münaqişəsinin yeganə həll yolu kimi siyasi danışıqları görür.

Lavrov deyib: “Biz münaqişəyə son qoyub dialoqlara başlamaq üçün əvvəllcədən irəli sürülmüş şərtlərə qarşı çıxırıq, çünki ən mühüm məsələ insan həyatını xilas etməkdir.”

Rusiya xarici işlər naziri əlavə edərək deyib ki, Əsədin dialoqlardan əvvəl devrilməsini istəyənlər əslində Suriya xalqının həyatın xilas etmək fikrində deyillər.

Lavrov bir daha vurğulayaraq deyib ki, yalnız Suriya xalqı ölkənin rəhbərinin kim olmasını təyin edə bilər.

Hələ 26 fevral tarixində Lavrov Suriyada mövcud olan münaqişəyə son qoymaq üçün dialoqların başlaması təklifinə blok qoyan Suriya müxalifətindəki ekstremistləri kəskin tənqid etmişdir.

Rusiya xarici işlər naziri həmçinin beynəlxalq ictimaiyyətə səslənərək prezident Əsəd tərəfindən münaqişəyə son qoymaq üçün təklif edilən planları nəzərə almağa çağırıb.


Story Code: 245621

News Link :
https://www.islamtimes.org/az/news/245621/lavrov-rusiya-əsədə-hakimiyyətdən-getmək-üçün-təziq-etməyəcək

Islam Times
  https://www.islamtimes.org