QR CodeQR Code

ABŞ-da yanğın nəticəsində 7 nəfər ölüb

10 Mar 2013 07:41

IslamTimes - ABŞ-ın Kentukki ştatında baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb, onlardan 5 nəfəri uşaqdır.


APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.   
 
Yanğın martın 9-dan 10-na keçən gecə Qrey qəsəbəsinin kənarındakı evdə baş verib. Ölənlərin cəsədləri tanınmaz vəziyyətdə olduğundan, onların şəxsiyyəti barədə hələlik müəyyən olunmayıb.  

Yanğınsöndürənlər 3 saatdan sonra yanğını söndürə biliblər. Yanğının səbəbləri araşdırılır.


Story Code: 245623

News Link :
https://www.islamtimes.org/az/news/245623/abş-da-yanğın-nəticəsində-7-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org