0
Sunday 10 March 2013 - 23:22

Gary Sick: İrana qarşı sanksiyalar 5+1 danışıqlarının əhəmiyyətini kölgə altına alır

Story Code : 245851
Gary Sick: İrana qarşı sanksiyalar 5+1 danışıqlarının əhəmiyyətini kölgə altına alır
Gary Sick: İrana qarşı sanksiyalar 5+1 danışıqlarının əhəmiyyətini kölgə altına alır
Islam times.org/az/ - Görkəmli Yaxın Şərq üzrə amerikalı ekspert Gary Sick xəbərdarlıq edərək bildirib ki, İrana qarşı tətbiq edilən yeni sanksiyalar İran ilə dünya gücləri arasında gedən danışıqların əhəmiyyətini kölgə altında qoyur.

Sick deyib: “Səkkiz ay müddətində baş verən danışıqlarda ilk dəfə arzu olunan nəticə əldə edildiyi bir vaxtda yeni sanksiyalar tətbiq etmək danışıqların gələcəyini şübhə altına alır.”

Sabiq ABŞ prezidentləri Ford, Karter və Reyqan zamanında milli təhlükəsizlik şurasında xidmət etmiş Kolumbiya Universitetinin professoru Sick deyib: “Hər dəfə ABŞ İrana yeni sanksiyalar tətbiq etdikcə, İran nüvə enerji proqramını daha da inkişaf etdirməklə ona cavab verir.”

Alamata görüşündən sonra həm İran, həm də 5+1 qrupu danışıqların səmərəli keçməsini bildirmişdilər.

Hər iki tərəf yenidən 5-6 apreldə Almatada görüşərək müzakirələri davam etdirməyə razılıq vermişdir.

Cümə axşamı günü İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei qeyd edərək bildirib ki, Qərb öz razılıq və bəyanatlarının əksinə iş görür və İran ilə 5+1 dövlətləri arasında danışıqalrın növbəti mərhələsi Qərbin səmimiliyini yoxlamaq məqsədi daşıyacaq.

Almata görüşündən cəmi bir gün sonra senatorlar Lindsey Graham və Robert Menendez konqresə yeni qətnamə təqdim etdilər.

Qətnamədə deyilir: “Əgər İsrail özünü müdafiə məqsədi ilə İrana hücum edərsə, bu zaman ABŞ gərək İsrailin yanında ola və müttəfiqimizi müdafiə etmək üçün onu siyasi, iqtisadi və hərbi cəhətdən dəstəkləyə.”
Source : Islamtimes
Comment