QR CodeQR Code

“Talibanın terror əməliyyatları ABŞ-ın xeyir-duası ilə baş tutur”

11 Mar 2013 11:37

IslamTimes - Kərzay: “Taliban rəhbərləri hər gün ABŞ-la müzakirə aparır.”


Əfqanıstan prezidenti Həmid Kərzay ABŞ-a tabe olan qüvvələrin Əfqanıstanda universitet ərazilərinə daxil olmasını, tələbələri həbs etməsini qadağan edib. Həmid Kərzay ötən gün bir əfqan tələbənin SİA məmurları tərəfindən həbs edilməsini məhkum edib və SİA məmurlarının cəzalandırılmasını istəyib. Əfqanıstan Nazirlər Şurasının bəyanatında deyilir: “Biz beynəlxalq hərbi kontingentin komandanlığına xəbərdarlıq edirik ki, Əfqanıstanın milli suverenliyinə qarşı olan addımlardan çəkinsin.”
Kərzay ötən ay göstəriş vermişdi ki, ABŞ qüvvələri qeyri-sabit Vərdək və Lövgər vilayətlərindən xaric olsun. Əfqanıstan prezidenti Ağ Evi talibanla həmkarlıqda suçlayıb: “Taliban rəhbərləri hər gün ABŞ-la müzakirə aparır.” Kərzay son partlayışlarla bağlı deyib: “Bu partlayışlar ABŞ-a meydan oxumaq yox, sədaqət nümayiş etdirməkdir.”  /HaqqYolu/


Story Code: 245925

News Link :
https://www.islamtimes.org/az/news/245925/talibanın-terror-əməliyyatları-abş-ın-xeyir-duası-ilə-baş-tutur

Islam Times
  https://www.islamtimes.org